AZ

Alimentlə bağlı yeni TƏKLİF – “Kişilər sevinəcək, qadınlar isə…”

Deputat Razi Nurullayevin alimentlə bağlı səsləndirdiyi fikirlər sosial mediada səs-küy yaradıb. Millət vəkili deyib ki, boşanmaların artması daha çox qadınların sərbəst qalmaq və aliment almaq imkanlarına görədir.

Sitat: "Qadınlara stimul verən alimentdir. Mənə olan 10 müraciətdən 8-də deyirlər ki, qadınların ailəni qoruyub saxlamaq imkanı olsa da, iki ayağını bir başmağa dirəyirlər ki, boşanıram.

Aliment Fondu lazımdır, çünki aliment verə bilməyən kişilər var. Amma bu, elə formada yaradılmalıdır ki, boşanmaların artmasına gətirib çıxarmasın".

Aliment Fondu boşanmaların sayını artıra bilərmi?

Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib ki, belə fond əksinə, kişilərin arxayın olmasına şərait yaradar:

"Aliment Fondunun mexanizmi dəqiq izah edilməlidir. Tərəflər bilməlidirlər ki, fond daima onların ehtiyaclarını ödəməyəcək və ya hansısa formada bu, əvəzsiz qalmayacaq. Bəzi hallarda öncədən proqnoz vermək olmur. Burada vətəndaş, valideyn məsuliyyəti, qərara riayət etmək məsələləri çox vacibdir. Qanundan yayınanlar kifayət qədərdir".

mehriban

Mehriban Zeynalova

M.Zeynalova bildirib ki, burada verilən vəsaitin şəxsə hədiyyə olmadığı vurğulanmalıdır:

"Aliment Fondu yaradılanda təhlükə və risklər nəzərə alınmalıdır. Azadlıq və sərbəstliyi isə yalnız qadına şamil etmək doğru yanaşma deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
1
olaylar.az

2Mənbələr