AZ

Böyük Azərbaycanın qürur ünvanı — Nadir Şah Əfşar

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

II Yazı

Muğan Qurultayının Çağrılması Nadir Xanın Şah seçilməsi

Hotak əfqanları zərərsizləşdirdikdən, Osmanlı və Rusiya tərəfindən zəbt olunmuş əraziləri geri qaytardıqdan və bununla da bütün Qızılbaş Dövləti ərazisində hakimiyyəti ələ aldıqdan sonra Nadir Xan Əfşar bütün diqqətini hakimiyyət məsələsi üzərində cəmləşdirdi. Nadir XanQızılbaş Dövlətində naibüssəltənə (səltənət vəkili) adlansa da, əslində, real hakimiyyət onun əlində idi. Hakimiyyəti rəsmən ələ keçirmək üçün və özünü Şah elan etmək üçün Nadir XanTürk törəsi və qaydasına görə 1736-cı ilin martında Muğan düzündə, Kürlə Arazın qovuşduğu yerdə Muğan Qurultayını çağırdı. Bu qurultaya hərbi, mülki və dini əyanlar, kənd və şəhər başçıları yığılır.Buraya 100 minə yaxın adam toplanır.Bunlardan ötrü məscid və bazarlar da daxil olmaqla, tərkibi ağac və qamışdan olan on iki min tikili salınır. Muğan qurultayında taxta kimin sahib olması məsələsi müzakirəyə çıxarıldı. Müzakirələrdən sonra qurultay iştirakçıları Nadir Xanın Şah seşilməsinə razı oldular.

Azərbaycan Türklərinin hərbi elitası-Qızılbaşlar öz yüksəlişləri üçün Səfəvisülaləsinə minnətdar idilər və buna görə də hakimiyyət sülaləsinin dəyişməsinin əleyhinə idilər. Ancaq öz etirazını açıq şəkildə yalnızQarabağ və Gəncə Bəylərbəyisi Uğurlu Xan Qacar bildirdi ki,o dabunun müqabilində Gəncə Bəylərbəyliyinin ərazisinin böyük bir qismini itirmiş oldu. Onunhakimiyyətində bircə Gəncə saxlanır və rütbəsi də Gəncə Bəylərbəyi adlandırılırdı. Gəncə Bəylərbəyliyinə daxil olanBorçalı və Qazax mahalları o zaman Nadir Şahatabe olan Kartli-Kaxeti valisi Nəzər Əli Mirzəyə (II Aleksandr) tabeliyinə keçdi.

Qarabağ məlikləri (Vərəndə, Çiləbörd, Gülüstan, Dizaq, Xaçın) Gəncə Bəylərbəyinin tabeliyindən çıxarılaraq Şahın idarəsinə verildi.

Mirzə Adıgözəl Bəy Qarabağnaməsində bu barədə yazır:

Bunlar Muğan Qurultayında gizli və aşkar olaraq, son dərəcə çalışdılar ki, Səfəvilərdən başqa bir kimsə padşah olmasın...Ziyadoğlanları qədim bir ocaq və böyük bir dudman olduqlarına görə, Nadir Şah onlara özgə bir cəza və başqa bir siyasət rəva görmədi.Qazax və Borçalı ellərini öz xanları ilə bərabər Gürcüstan əmirinə tabe etdi.Cavanşir,Otuziki və Kəbirlidən ibarət olan Qarabağ elləri haqqında da icrası vacib olan fərman çıxdı ki, onları köçürüb Xorasanın Sərəxs torpaqlarına aparsınlar. Xəmsə məliklərinə də əmr verdi ki, Gəncə Xanlarının itaət zəncirini mənim hökmüm vasitəsilə xas və avam camaatın boynundan kənar edin. Özünüzü tamamilə azad sayın... Beləliklə, Gəncə Xanlarının ixtiyarı,tamamilə əllərindən çıxdı. Səlahiyyətləri alındığından qol-qanadları sındı və çox pərişan oldular.

Bununla da 1736-cı ilin 8 martında Şah seçilənNadir Xan Səfəvilərin hakimiyyətinə son qoydu və Azərbaycan ilə Qızılbaş Dövlətinin bütün torpaqlarında yeni hakimiyyətin Əfşar İmperiyasının əsasını qoydu. Əslində 1732-ci ildən Qızılbaş Dövləti taxtına oturan Nadir Şah 1736-cı ildə Muğan Qurultayında bunu rəsmiləşdirdi. Nadirin keçmiş Səfəvi sülaləsinə ən böyük güzəşti bu sülaləyə mənsub arvadı Raziyə Bəyimə Muğan Qurultayında Şah elan edildikdən sonra “Şahbanu” titulu verməsi idi. Raziyə Bəyim “Şahbanu”Birinci xanım tituluna yiyələnərək Nadir Şahdan sonra ölkədə ikinci ən vacib şəxs olmuşdur. Səfəvi-Qızılbaş Dövləti tərəfdarı olan tayfalar isə Raziya Sultanı “Şahbanu-Dövlətə” adlandıraraq Nadir Şaha bir növ xəbərdarlıq etdilər. Nadir Şah onlardan çəkinib “köhnə şaha” toxunmayacağına and içdi. Raziya Sultan isə möhtərəm xanım olaraq dövlət işlərinə müdaxilə etmək hüquqununu aldı.

Nadir Şahın Fəthlərə başlaması və Hindistanın Fəthi

Hakimiyyətin həqiqi sahibi olandan sonra da Nadir Şah öz mövqeyini savaşlar vasitəsilə möhkəmləndirir və onun hərbi dühası həmişə köməyinə çatır.Yer üzündə onun qədər parlaq hərbi qələbələr qazanmış sərkərdələri barmaqla saymaq olar.Nadir Şah hərbi yürüşlərə çıxmaqla həm də ölkə iqtisadiyyatını dirçəltmək,hakimiyyətdəki sülalə dəyişikliyindən narazı qalan Qızılbaş əyanlarını varlandırmaqla onları öz tərəfinə çəkmək məqsədi güdürdü.1737-ci ildə Nadir Şah üsyana qalxmış əfqanlara qarşı çıxış edir və həm Heratı, həm də Qəndəharı tutur. Əsas mübarizəni əfqanlara qarşı çevirir. Onları sıxışdırdıqca bu qarətçilər qaçıb Hindistan torpağına keçirdilər. Nadir Şah Hindistandakı Teymurilər İmperatorluğu ilə Əfşar Dövləti arasında olandostluq əlaqələrinə görə onları Hindistandakı Temurilər İmperatorluğu ərazisində təqib edə bilmirdi.Bu münasibətlə Hindistandakı Teymurlər İmperatorluğu şahına dönə-dönə məktub yazıb tələb etdi ki, əfqanlar oğru və qarətçilərdir.Bunlar sizin də düşmənlərinizdir. Onları ölkənizə qoymayın. Hindistan padşahı Əmir Teymurun (TopalTeymurun) nəticəsi Məhəmməd Şah Nadirin məktublarına cavab vermədi. Nadir Şah Hindistana Əlimuradxan adlı bir səfir göndərdi. Buna da cavab verilmədi. Məhəmmədəlixan Qullar ağası adlı ikinci səfir göndərdi. Bu da bir nəticə vermədi. Üçüncü dəfə Məhəmmədxan Türkmanı göndərdi və ona ciddi cavab almağı tapşırdı və bu göstərişi verdi ki,40 gündənartıq qalmasın. Məhəmməd Şahnə cavab verdi, nə də Əfşar Dövlətinə qayıtmağa icazə. Səfiri bir il Hindistandasaxladı ki, Nadir Şaha belə etibar bugündən sonraolmasın. Nadir Şah Məhəmməd Şaha yenə yenə bir məktub yazdı.Bildirdi ki ki ,“İnşallah, Dehlidə görüşərik”. Nadir Şahın Hindistana göndərdiyi dördüncü səfiri Cəlilabadda öldürdülər.

Nadir Şah Əfşar Dövlətini tar-mar edən əfqan quldurlarını axıra qədər qovub məhv etmək üçünHindistandakı Teymurilərİmperatorluğu torpaqlarına girməyə məcbur oldu.

O,1738-ci il səfər ayındaNadir Şah 130 minlik ordu ilə Hindistana hücuma başladı.Hindistan sərhəddinin 74- km də Mank adlı yerdə əfqan qaçqınlarını darmadağın etdi. Hindistandakı Teymurilər İmperatorluğu padşahı Məhəmməd Şah da Qızılbaş Şahı Sultan Hüseyn və II Təhmasibkimi ləyaqətsiz idi. Onun simasında Teymurilər İmperatorluğu dağılmağa doğru gedirdi. Əfşar ordusu Qəznə və Kabul istiqamətində farsdilli tacik və əfqanları əzərək hərəkətə keçdi.1738-ci iin 14 iyun tarixində Nadir Şahın qoşunları Qəznə şəhərinə çatdı. Ordu Əfşar Dövləti sərhəddini keçdikdən sonra dörd gün Qarabağda dayandı.Qarabağ Qəznə şəhərinin 36 km-də yerləşirdi.Burada müqavimət göstərən əfqanlar dağıdıldılar. Qəznənin hakimi Şahın Qarabağa gəldiyini eşidən kimi vəzifəsini buraxıb Kabula qaçdı.Amma şəhərin ağsaqqalları və görkəmli adamları Qarabağa gəlib şəhəri Nadirə təslim etdilər. Nadir onları bağışladı.OnlardanNadir Şahın ordusuna beş top qaldı.

Nadir Şahın ordusu 1738-ci ildəQəznə şəhərinə girdi.Oradan Kabul şəhərinə doğru yeridi. Şirdəhan təpəsində Nadirinkəşfiyyat bölüyü bir əfqan ordusu ilə üz-üzə gəldi. Əfqanlar dağıdıldılar.Kabul xanı Nasir Xan Dehlidən kömək istədi. Lakin onlardan heç bir kömək gəlmədi.Tezliklə Kabul şəhəri təslim oldu və Nadir Şahın qoşunu Hindistannın paytaxtı Dehli şəhərinə doğru hücuma başladı.Pişəvər vəKabilin XanıNasir Xan Nadir Şahın ordusunu dayandıra bilməyibPişəvəri də Əfşar ordusuna təslim etdi.Dehlidən növbəti dəfə kömək istədi. Amma kömək ala bilmədi. Nasir Xan oğlu Şirar xanı Nadirin qabağını kəsən Rəhim Xan Əfqanın köməyinə göndərdi.İldırımsürətiilə savaşan Əfşar ordusu Üqabin adlanan qalada əfqanları darmadağın etdi və əfqan əsgərləri son nəfərinə qədər qılıncdankeçirildi.NadirŞah Əfşarburadan Teymurilər Dövlətihökmdarı Məhəmməd Şaha bir də məktubyazdı. Onun etinadsızlığını və Cəlalabadda Mirabbas adlı birisinin Nadir Şah Əfşarın sonuncu səfirini öldürməsini də qeyd etdi.Buradan Cəlalabada doğru hərəkət etdi.Bir sırakiçik savaşlardan sonra Cəlalabadı tutdu. Səfirini öldürən Mirabbası edam etdirib onun 12 minlik silahlı ordusunu qılıncdan keçirdi.Böyük oğlu Rzaqulu Mirzə də burada 12 min nəfərlik qoşunuyla, atası ilə birləşdi. Pişəvər və Kabilin hakimiNasir Xan köməyinə gələn Teymuri ordusu və yeni topladığı əfqan əsgərləri ilə Nadir Şahın ordusunun qabağını kəsdi. Cəmrud və Xeybər adlanan möhkəm bir qalada Nadir Şahın ordusu düşmənlə üz-üzə durdu. Nadir Şah Əfşar adəti üzrə qoşunu düşmən qabağına qoyub 30 min atlı ilə keçilməz dağlardan 2 gündə 180 km yol gedib arxadan gözlənilməz yerdən düşmənə zərbə endirdi. Düşmən dağıdıldı,başçıları Nasir xan isə əsir tutuldu. Nasir Xanın məğlubiyyətindən xəbər tutan onun tabeliyindəki əfqanlar təslim oldular.

Nadir Şah əmri ilə yolları cingənə ordusundan təmizləmək, Ötənc və Sənd çaylarının üstündə körpü salmaq üçün dəstələr ayırdı. Uzunluğu 2400 km olan bu çaya Hindistanın qərbində beş çay birləşir.Çayların birləşdiyi yerə “Pəncab” deyilir. Həmin çay Lahur və Dehli şəhərlərinin kənarlarından keçir.

Körpünün hazır olduğundan xəbər tutan Nadir Şahın Əfşar ordusu ramazan ayının 25-də Pişəvərdən hərəkət edib şəvval ayının 4-də Sənd çayını keçdi. Vəzirabada 25 km qalmış bir neçə yolun kəsişməsində Qələndər Xan adlıHindistanTeymurilər Dövləti sərkərdəsinin başçılığı ilə böyükbir Teymuri ordusuNadir Şahın qabağını kəsdi.Nadir Şahın ordusu onları darmadağın etdi. Həmin döyüşdə məğlubedilməz sərkərdə hesab edilən Qələndər Xanda həlak oldu. Nadir Şah Əfşarın ordusu sonraVəzirabadvə Yeminabadı tutdu.Bu savaşlarlardaPəncab əhalisi çox ağır vəziyyətə düşdü.Var-yoxları talan oldu. Əfşar ordusunun sürətli hərəkətinə maneələr çıxdı.ÇünkiçayınKabildərəyə yaxın ən ensiz yeri 450 km-dir.Körpü olmaması işi çox çətinləşdirirdi. Nadirin əmri ilə qayığa bənzər körpücükləri toplayıb bir-birinə bağlamaq və körpü düzəltmək istəyirdilər.Bunları bağlamağa ip çatmadı. Nadir Şahın əmri ilə atların yal-quyruğunu qırxıb ip toxudular,körpücükləri bir-birinə bağladılar.Bununla da çətinlik aradan qaldırıldı,ordu lazım olan yerə getdi.

Nadir Şah Cəlalabaddan irəliyə hərəkət edərkən Lahur hakimi Zəkəriyyə Xan şəhərin şimalında möhkəm mövqe tutub Nadirin qabağınıkəsmək istəyirdi. Nadiryolunu dəyişib Məlikpur adlanan yerdə xeyli sipahini özündə birləşdirən Hindistan Teymuriordusu ilə üz-üzə gəldi.Bu ordu Zəmindar adlı adlı bir sərkərdənin başçılığı ilə Zəkəriyyə Xana köməyə gəlirdi. Nadir onları da məğlub etdi.Vəziyyətibelə görən Zəkəriyyə Xan Kifayət Xan adlı öz nümayəndəsini Nadir Şahın yanına göndəribaman istədi. Zəkəriyyə Xan təslim oldu. Nadir Şahın göstərişi ilə Zəkəriyyə Xan onun hüzuruna gəlib Lahuru təslim etdi.Nadir Şahonu ehtiramla qəbul elədi. Zəkəriyyə Xan 20 Lək (hər lək yüz min qızıl), yüz zəncir, fil və başqa bir sıra qiymətli hədiyyə verməklə əhalini çətinlikdən xilas etdi. Nadir Şah 12 gün burada qaldı. Onun Lahurda olmasından xəbər tutanHindistan Teymurilər Dövləti İmperatoru Məhəmməd Şah qoşun hazırlamağa başladı. Nadir Şah Lahurdan da Məhəmməd Şaha məktub yazıb bildirdi ki, onun Hindistandakı Teymurilər İmperatorluğuna qarşı heç bir qəsdi yoxdur, məqsədi əfqanları təqib etməkdir. MəktubundaMəhəmməd Şahın saymamazlığına işarə edən Nadir Şah: “Əgər Hindistan bizim orduya müqavimət göstərsə cəzalanacaqdır.Təslim olsa cəzadan qurtaracaq”-deyə ona xəbərdarlıq edirdi.

Nadir Şah Əfşarhiss etdi ki, onun ordusu Hindistan Teymuri İmperatorluğu ordusu ilə müharibədən ehtiyat edir.Buna görə bütün qoşunları Lahurun mərkəzi meydanına yığıb bir odlu nitq söylədi: “Mənimdöyüşkən qoşunlarım! İndiyə qədər bütün savaşlarda qalib gəlmişik.Bu savaş bizim bütün savaşlardan qorxulu,qanlı və ağır olsa da Tanrının köməyi ilə yenə qalib gələcəyik. Qolumuzun qüdrətini və şücaətimizi bütün dünyaya sübut edəcəyik”.

Nadir Şah 1738-ci il şəvval ayının 26-da Lahurdan Sətləc çayı kənarındakı Syhendə doğru hərəkət elədi.

Məhəmməd Şah 300 min ordu,10 min hərbi fil, 3 min topla Kornal adlanan yerdə Nadir Şah Əfşar ilə savaşa hazır oldu. Nadir Şah özünün böyük və həlledici savaşa hazırladı. Əmr etdi ki,ordugahdan bir nəfər də kənara çıxmasın.Məhəmməd Şah Əfşar ordusunun hərəkətindən xəbər tuta bilməsin. Nadir Şah Jerf çayını keçdikdən sonra 6 min Əfşar atlısını kəşfiyyata göndərdi. Onlar bir neçə əsir alıb Kornalın 20 km-dəƏzmabada qayıtdılar. Nadir Şah əsirlərin vasitəsilə Hind Teymuri İmperatorluğu ordusunun vəziyyətini və yerini öyrəndi. Məlum oldu ki, qoşun dayanan Kornalın bir tərəfi böyük çay, o biri tərəfi keçilməz meşədir. Hind Teymuri İmperatorluğu ordusunun yerləşdiyi sahə 22 kv.km yeri əhatə edir. Hindistan Teymurilərinin məşhur sərkərdələrindən Səadət Xan isə 40 minlik qoşunu ilə Məhəmməd Şahın 300 minlik ordusuna köməyə gəlir. Nadir Şah ordusundan bir hissəni onların qabağını kəsməyə göndərdi. SəadətXanın qoşununun qabağı kəsildi və onları Əfşar süvariəri məğlub etdi. Səadət Xan ordusunun sağ qalan hissələri ilə çölləmə yolu keçibMəhəmməd Şahın ordusu ilə birləşdi. Nadir Şah ordusunun seçməsüvariləri ilə sıx meşədən düşmənin arxasına keçdi.

Ardı var

Seçilən
12
turkustan.az

1Mənbələr