AZ

Təbriz və Zəncanda yenidən etirazlar başladı

Martın 3-də Zəncan və Təbriz şəhərlərində İran Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz aksiyası keçiriblər.

Axar.az xəbər verir ki, bu barədə "İlna" xəbər agentliyi məlumat yayıb.

Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Qeyd edək ki, təqaüdçülərin 3 ilə yaxındır eyni tələblərlə aksiya keçirmələrinə baxmayaraq, problemləri həll olunmamış qalıb.

Seçilən
50
1
axar.az

2Mənbələr