İsrail ABŞ-dən Türkiyənin Suriyada baza yaratmasının qarşısını almasını istəyib.
Missiya.Az xəbər verir ki, bu barədə İsrailin “Hayom” qəzeti məlumat yayıb.
Bildirilib ki, Türkiyə Suriyada üç hərbi baza qurmağı planlaşdırır.
Təl-Əviv rəhbərliyinin Türkiyənin Suriyada hərbi baza qurmaması və İsrail əleyhinə siyasəti inkişaf etdirməməsi üçün ABŞ-dən təminat tələb etdiyi iddia edilib.
Daşqın HəsənovMissiya.Az