AZ

ABŞ rəsmən açıqladı: Zelenski sülh danışıqlarından imtina etdiyi müddətcə...

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib ki, Zelenski Ukrayna sülh sazişinin təfərrüatını müzakirə etməkdən imtina etdiyi müddətcə Oval Ofisə qayıda bilməyəcək.

Publika.az xəbər verir ki, bu baərə o, “Fox News”a danışıb.

Vens Zelenskiyə müraciət edib:

“Sülh müqaviləsinin təfərrüatını müzakirə etməkdən imtina edərək Oval Ofisə və ya başqa yerə qayıda bilməzsiniz. Zelenski Trampla sülh prosesində iştirak etmək istəmədiyini açıq şəkildə nümayiş etdirir. Zelenskinin “sarkazm”ına və yalanlarına baxmayaraq, ABŞ lideri Ağ Evdəki görüşdə ilk yarım saatında nəzakətli olmağa çalışdı. Avropalıların Kiyevə açıq bəyanatları vecimizə deyil. Kiyevə təhlükəsizlik zəmanəti üçün ən yaxşı variantı ABŞ verir. Bu, 30 və ya 40 il ərzində müharibədə olmayan təsadüfi ölkədən olan 20 000 əsgərdən daha yaxşı təhlükəsizlik zəmanətidir”.

Seçilən
27
publika.az

1Mənbələr