AZ

Azərbaycan cüdoçuları Yaponiyada təlim-məşq toplanışındadır

Azərbaycan cüdoçuları Yaponiyada təlim-məşq düşərgəsindədir.

Apasport.az xəbər verir ki, toplanışa böyüklərdən və gənclərdən ibarət yığma komandaların ümumilikdə 30 üzvü cəlb edilib. Hazırlıq prosesi martın 21-nə qədər davam edəcək.

Düşərgəyə əsas milli komanda Tokai Universitetində, gənclər isə Kokuşikan Universitetində start verib. Daha sonra idmançılarımız hazırlığı Kodokan Təlim Mərkəzində davam etdirəcək. Təlim məşqin növbəti hissəsində Yaponiya milli komandasının cüdoçuları da iştirak edəcək. 

Təlim-məşq toplanışı aprel ayında Monteneqroda baş tutacaq Avropa çempionatına və may ayında keçiriləcək beynəlxalq turnirlərə uzunmüddətli hazırlığın bir hissəsidir.

Hazırlıq prosesində böyüklərdən ibarət yığmaya baş məşqçisi Riçard Trautman və böyük məşqçilər Elçin İsmayılovla Slavko Tekiç, gənclərdən ibarət milliyə isə baş məşqçi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli və Kotaro Sasaki rəhbərlik edir.

“Böyük Dəbilqə”də son gün: 9 cüdoçumuz mübarizəyə başlayır

Cüdoçularımızdan Avropa Kubokunda 6 medal

Cüdoçularımız “Böyük Dəbilqə”nin ikinci günündə 3 medal qazanıblar

Bakı Böyük Dəbilqəsinin ikinci günündə dörd cüdoçumuz final mərhələsində

11 cüdoçumuz "Böyük Dəbilqə"də tatami üzərinə çıxacaq

Seçilən
62
8
apasport.az

10Mənbələr