AZ

Filippin ordusu ilk dəfə FA-50 döyüş təyyarəsini itirib

Filippin Hərbi Hava Qüvvələrinə məxsus FA-50 döyüş təyyarəsi gecə manevrləri zamanı radarlardan itib, axtarış-xilasetmə əməliyyatı aparılır.

Herbiand.az bildirir ki, bu barədə Filippin Hərbi Hava Qüvvələrinin mətbuat katibi Mariya Konsuelo Kastilyo məlumat verib.

“Martın 4-də gecə yarısından az sonra FA-50 döyüş təyyarəsi taktiki gecə əməliyyatları zamanı itdi. Təyyarə hədəf olan əraziyə çatmadan bir neçə dəqiqə əvvəl missiyanın qalan hissəsi ilə əlaqəni kəsib”, - RİA Novosti Castillo-ya istinadən xəbər verib.

Təlimdə iştirak edən digər təyyarələr Maktan adasına qayıtmazdan əvvəl qırıcı ilə əlaqə yaratmağa cəhd ediblər.

Mariya Konsuelo Kastilyo qeyd edib ki, hər təyyarədə iki pilot var idi. FA-50 ekipajının taleyi məlum deyil.

“Filippin Hərbi Hava Qüvvələri itkin düşmüş qırıcının yerini tapmaq üçün bütün mövcud resurslardan istifadə edərək geniş və hərtərəfli axtarış əməliyyatları aparır. Bizim əsas prioritetimiz ekipajın təhlükəsiz geri qayıtmasıdır”, - Kastilyo bildirib.

Onun sözlərinə görə, FA-50-nin yoxa çıxması Filippin Hərbi Hava Qüvvələrinin qırıcısı ilə bağlı ilk böyük hadisə olub.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
29
herbiand.az

1Mənbələr