Bakı. Trend:
Türkiyənin paytaxtı Ankarada, eləcə də Antalya və Kayserişəhərlərində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan anımtədbirləri keçirilib. Tədbirlərdə əvvəlcə Xocalı soyqırımıqurbanlarının və hər iki ölkənin azadlığı uğrunda şəhid olanlarınəziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan vəTürkiyənin Dövlət himnləri səsləndirilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.
Bildirilib ki, Ankaradakı “Bir millətin ürəyindəki alov:Xocalının dinməyən ağrısı” adlı anım tədbiri AzərbaycanınTürkiyədəki Səfirliyinin, Türkiyə-Azərbaycan DərnəkləriFederasiyasının (TADEF), Türkiyə Siyasi və Strateji AraşdırmalarFondunun (TÜRPAV), Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin,Türk Dünyası Mədəniyyət Mərkəzi və Ankara – Bakı Tanıtım vəHəmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub. AzərbaycanRespublikasının Türkiyə Respublikasındakı Səfirliyinin müşaviriEldar Əliyev, Ankara Böyükşəhər Bələdiyyəsinin sədr müavini FarukKöylüoğlu, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF)sədrinin müşaviri Pərviz Məmmədzadə və siyasi partiyalarıntəmsilçiləri çıxışlarında Xocalı soyqırımının bəşər tarixinin ənqanlı və dəhşətli faciəsi olduğunu vurğulayaraq, Xocalını təkcəAzərbaycanın deyil, türk dünyasının ortaq acısı kimiqiymətləndirərək beynəlxalq ictimaiyyətin bu soyqırımı tanımasınınzəruriliyini qeyd ediblər. Tədbir çərçivəsində Türkiyənin bir sıraaparıcı universitetlərinin iştirakı ilə panel müzakirələrkeçirilib. Sonda tədbir iştirakçıları Xalq artisti Əlixan Səmədovunifasını dinləyiblər.
Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin, TürkOcaqlarının Antalya təşkilatının və Türk Dünyası Topluluğunun birgətəşkilatçılığı ilə Akdeniz Universitetində keçirilən tədbirdəKərkük, Qazaxıstan və Qırğızıstanın müxtəlif bölgələrindən olandərnək üzvləri, eyni zamanda İraq Türkmən Birliyi və HəmrəylikCəmiyyəti sədri Kürşad Çavuşoğlu, Akdeniz Universitetində təhsilalan Cənubi Azərbaycanlı soydaşlarımız iştirak edib. Əvvəlcəiştirakçılar universitetin foyesində Xocalı soyqırımını özündə əksetdirən fotosərgi ilə tanış olublar. Antalya Azərbaycan Mədəniyyətvə Həmrəylik Dərnəyinin sədri Azər İsmayıl və Türk OcaqlarınınAntalya təşkilatının sədri Abdullah Uysal Xocalı soyqırımınıninsanlığa qarşı cinayət olduğu vurğulayıb və bu faciəninunudulmamasının, beynəlxalq ictimaiyyətin bu soyqırımı tanımasınınzəruriliyini qeyd ediblər. Məruzəçi, professor Toğrul İsmayılXocalı soyqırımının tarixi, beynəlxalq hüquq baxımından təhlili vətürk dünyası üçün əhəmiyyəti haqqında geniş təqdimat edib.Təqdimatın ardından iştirakçılar, məruzəçiyə mövzu ilə bağlısuallar verərək daha ətraflı məlumat əldə ediblər.
Kayseri şəhərinin Talas rayonundakı Şuşa Azərbaycan Evində dəXocalı qurbanları yad edilib. Anım tədbirində Kayseri valisininmüavini Adnan Türkdamar, Talas Bələdiyyəsinin sədri Mustafa Yalçın,Melikqazi Bələdiyyəsinin sədri Mustafa Palancıoğlu, Kayseri Polisİdarəsinin rəisi Atanur Aydın, Kayseri Universitetinin rektoruProf. Dr. Kurtulmuş Karamustafa, Kayseri Mədəniyyət və Turizmİdarəsinin müdiri Dos. Dr. Şükrü Dursun, SOCAR-ın Kayserinümayəndəsi Sinan Temur, Milliyyətçi Hərəkat Partiyası (MHP) vəƏdalət və İnkişaf Partiyasının (AK Partiya) Kayseri təşkilatınınrəhbərləri, QHT və ictimaiyyətin nümayəndələri iştirak ediblər.Tədbirdə soyqırımının tarixi aspektlərinə toxunulub, beynəlxalqictimaiyyətin bu soyqırımı tanımasının vacibliyi diqqətəçatdırılıb. Sonra tədbir iştirakçıları Azərbaycan QardaşlıqParkında ucaldılmış Xocalı abidəsinin önünə gül dəstələridüzüblər.