AZ

Bu ərazidə suyun verilməsində fasilə yaranıb

Bakının Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranıb.

Far.Az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, Xətai rayonu ərazisini içməli su ilə qidalandıran magistral xətdə baş verən qəzanın aradan qaldırılması ilə bağlı aparılan işlər çərçivəsində rayonun bəzi ərazilərinə su verilməyəcək.

Qəzanın aradan qaldırılması işlərinin bu gün axşam saatlarında yekunlaşacağı gözlənilir.

Seçilən
53
27
far.az

10Mənbələr