Dərin ehtiramla yad edirik!
QHT.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri olan Nail Nəriman oğlu İbrahimli 1994-cü il martın 4-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2012-2013-cü illərdə müddətli hərbi xidmətdə olub, 2019-cu ildən etibarən isə DSX tərkibində müddətdən artıq hərbi qulluqçu kimi xidmət etməyə başlayıb. 3 ay Xudat şəhərində yerləşən "N" saylı hərbi hissədə kurs keçdikdən sonra eyni hərbi hissədə qoşunların xüsusi təyinatlı dəstəsinin "kiçik gizir"i kimi hərbi vəzifəsinə davam edib. Kəşfiyyatçı Nail İbrahimli 44 günlük Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Qubadlı və Zəngilan istiqamətində aparılan əməliyyatlarda şücaət göstərib və noyabr ayının 8-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Nail İbrahimli göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.
Ruhu şad olsun!