AZ

Sahura qalxmadan oruc tutmaq OLAR?

Ramazan ayında oruc tutmaq istəyən bir çox insana maraqlıdır ki, sahura qalxmadan oruc tutmaq olarmı? 

News24.az xəbər verir ki, Türkiyə Diyanət İşləri Başçılığının açıqlamalarına görə, orucun səhih olması üçün sahura qalxmaq vacib deyil. Sahura qalxmadan oruc tuta bilərsiniz. Ancaq sahur etmək Peyğəmbərimizin (s) sünnələrindəndir və oruc tutana gün boyu güc, qüvvət verir. Bu səbəbdən imkan daxilində sahura qalxmaq məsləhətdir.

BƏS NİYƏTSİZ ORUC TUTA BİLƏRSİNİZ?

Orucun səhih olması üçün niyyət lazımdır. Ramazan orucunda niyyət ən geci imsak vaxtına qədər edilməlidir. Niyyət ürəkdən edilə bilər və ya dillə ifadə edilə bilər. Xüsusilə “sabah oruc tutmağa niyyət edirəm” kimi sadə cümlə ilə niyyət etmək kifayətdir.

Əgər bir şəxs sahur üçün oyanmayıb, axşam oruc tutmağa niyyət etsə, orucu düzgündür. Lakin sahura oyanmadığı üçün niyyət etməyi unudan şəxs imsak vaxtından sonra niyyət edə bilməz və orucu səhih sayılmaz.

Günel Məlikzadə

Seçilən
19
news24.az

1Mənbələr