Bakı. Trend:
Rusiya Federasiyasının Vladivostok şəhərinin Primorsk diyarında,Çelyabinsk vilayətində, Krasnoyarsk diyarında Xocalı soyqırımının33-cü ildönümünə həsr olunmuş anım tədbirləri təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumatagörə, Vladivostok şəhərinin Primorsk diyarında fəaliyyət göstərən“Dostluq” İctimai Təşkilatı Xocalı soyqırımının 33-cü ildönümünəhəsr olunan anım tədbiri keçirib. Təşkilatın sədri Ramiz Zeynalovçıxışında 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin tarixdə əndəhşətli hadisələrdən biri olduğunu qeyd edib. AzərbaycanRespublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondununprezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondununbəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqındafaktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcılfəaliyyət göstərdiyini bildirib. 2008-ci ildə Heydər ƏliyevFondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış“Xocalıya ədalət!” beynəlxalq kampaniyasının bu istiqamətdətəbliğat işini daha da gücləndirildiyini tədbir iştirakçılarınındiqqətinə çatdırıb. Sonda Heydər Əliyev Fondunun hazırladığı Xocalıfaciəsi haqqında videoçarxlar nümayiş olunub.
Xocalı faciəsinə həsr olunmuş növbəti tədbir Çelyabinskvilayətində baş tutub. Çelyabinskdə fəaliyyət göstərən “AzərbaycanÇelyabinsk vilayəti azərbaycanlılarının İctimai Təşkilatı”nınkeçirdiyi tədbir soyqırımı qurbanlarının əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Təşkilatın rəhbəriƏrşad Xankişiyev çıxış edərək soyqırımın tarixi haqqında ətraflıməlumat verib. Tədbirin ikinci hissəsi açıq diskussiyaya həsrolunub. Qeyd edilib ki, hər bir azərbaycanlının borcu – ölkəsinintarixini yadda saxlamaq və qorumaq, həmçinin soyqırımıqurbanlarının və şəhidlərin xatirəsini əziz tutmaqdır. Sonda Xocalısoyqırımı haqqında videoçarx nümayiş olunub.
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Rusiyada digərbir tədbir Krasnoyarsk diyarında keçirilən anım mərasimidir.Mərasimi Azərbaycan Regional Milli-Mədəni Muxtariyyəti vəKrasnoyarsk diyarının Azərbaycan Gənclər Birliyi təşkil edib.Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəliksükutla yad olunub. Milli-Mədəni Muxtariyyətinin Krasnoyarsk diyarıüzrə din və ruhani məsələlər üzrə sədr müavini Hacı Mütəllibİbişov, həmin faciəvi hadisələrin şahidi Nazim Əliyev,Muxtariyyətinin sədr müavini Telman Tamoyev çıxış edərək soyqırımıhaqqında məlumat veriblər. Azərbaycan xalqının öz ərazi bütövlüyünübərpa etməkdə göstərdiyi cəsarət vurğulanıb, tarixi ədalətinbərqərar olduğu bildirilib. Belə əhəmiyyətli tədbirlərdə həm yaşlınəslin, həm də gənclərin iştirakının vacibliyini qeyd edilib.