Qazaxıstan Dəmir Yolları şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-yə vaqon yardımı göstərəcək.
“Bugünkü iclas çərçivəsində icra hakimiyyəti orqanının təşkilati məsələləri, Orta Dəhliz marşrutu üzrə vaqonlar fondunun formalaşdırılması, o cümlədən “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti tərəfindən Azərbaycan və Gürcüstan Dəmir Yolları üçün vaqon dəstəyinin təmin edilməsi məsələlərinə baxılacaq”.
Operativ Media xəbər verir ki, bunu “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının (TİTR) baş katibi Qaydar Abdikerimov assosiasiyanın Bakıda keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Qazaxıstan Dəmir Yolları şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-yə vaqon yardımı göstərəcək.