AZ

Bahar depressiyasının 10 əlaməti - Mütəxəssislər xəbərdarlıq edir

Fəsil dəyişiklikləri zamanı psixoloji sağlamlığa təsir edən amillərdən biri də bahar depressiyasıdır. Uzmanlar bildirir ki, "bahar yorğunluğu" kimi qəbul edilən bu vəziyyət, əslində, depressiyanın əlamətləri ola bilər.


Pravda.az xəbər verir ki, uzman psixoloq Özlem Sosyalın sözlərinə görə, temperatur və rütubət səviyyəsindəki dəyişikliklər bəzi insanlarda depressiya əlamətlərini gücləndirə bilər. O bildirir ki, xüsusilə depressiyaya meyilli insanlar bahar aylarında daha həssas olurlar.
 

Əsas əlamətlər bunlardır:


Ümidsizlik, ruh düşkünlüyü, günahkarlıq və dəyərsizlik hissi


Halsızlıq, enerji azlığı, gündəlik işlərə marağın itməsi


Səbəbsiz əsəbilik, narahatlıq və qorxular


İştaha və yuxu rejiminin pozulması


Diqqət dağınıqlığı və unutqanlıq
 

İntihar düşüncələri və özünəqəsd meyli


Bahar depressiyasına qarşı nə etməli?


Mütəxəssislər bu psixoloji vəziyyətin qarşısını almaq üçün sağlam həyat tərzini tövsiyə edirlər:


Yuxu rejiminə diqqət edin: Nizamlı yuxu psixoloji tarazlığı qorumağa kömək edir.


İdman və açıq hava: Gündəlik yürüş və idman serotonin hormonunun ifrazını artıraraq əhvalı yaxşılaşdırır.


Günəş işığından faydalanın: Səhərlər günəş şüaları altında vaxt keçirmək depressiya riskini azalda bilər.
 

Bol su için: Orqanizmin su balansını qorumaq psixoloji vəziyyətə müsbət təsir edir.


Sağlam qidalanın: Omeqa-3 ilə zəngin qidalar və təbii məhsullar depressiyanın təsirlərini azaltmağa kömək edir.


Mütəxəssislər bildirirlər ki, əlamətlər uzun müddət davam edərsə və gündəlik həyata mənfi təsir göstərərsə, mütləq psixoloqa müraciət edilməlidir.


Əminə Bayramova

Tarix: 4 Mart 2025, 12:00   
Seçilən
56
4
pravda.az

5Mənbələr