AZ

Fəxrəddin Altun: BMT-nin fəaliyyətindəki problemlər dünyada sülhün bərqərar edilməsini mürəkkəbləşdirir

Bakı, 4 mart, AZƏRTAC

BMT-nin sülh və təhlükəsizliyi bərqərar etməsində çətinliklər mövcuddur.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun martın 4-də Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən “Stratcom Public Forum” çərçivəsində təşkil edilən “Daha ədalətli bir dünya mümkündür” adlı panelin iştirakçılarına videomüraciətində bildirib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” fikri də BMT-də islahata ehtiyacı olduğuna diqqət çəkir.

“Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi olaraq, biz 20 fərqli ölkədə "Stratcom Public Forum" çərçivəsində təşkil edilən tədbirləri dəstəkləyirik. BMT-nin fəaliyyətindəki problemlər dünyada sülhün bərqərar edilməsini mürəkkəbləşdirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yanaşması BMT daxilində islahatların aparılmasına dəstək verilməsi yönündədir. Ölkəmizin təşkilatçılığı ilə keçirilən tədbirlər ayrı-ayrı cəmiyyət nümayəndələri arasında dialoqu dəstəkləyir. Bugünkü tədbirin daha ədalətli dünya qurulması istiqamətindəki tədbirlərə təkan verəcəyinə inanırıq", - deyə o qeyd edib.

Seçilən
55
8
azertag.az

9Mənbələr