AZ

Latviyadan Azərbaycana ərzaq ixracı artır

Bakı. Trend:

Latviyadan Azərbaycana ərzaq ixracı artır.

Trend xəbərverir ki, bunu bu gün Latviyanın ticarə-sənaye palatasının Aİlayihələri üzər departamentinin direktoru Liqa Siçyova Azərbaycan,Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrininkişafına həsr olunmuş B2B Forumunda etdiyi çıxışda deyib.

Siçyova qeyd edib ki, Latviya əsasən Azərbaycana heyvan mənşəliməhsullar, qida məhsulları, kimya sənayesi məhsulları və əczaçılıqməhsulları ixrac edir.

“Bizi xüsusilə Azərbaycana ərzaq məhsulları ixracının artmasısevindirir və bu göstəricilər artmaqda davam edir”, – deyə ovurğulayıb.

Onun sözlərinə görə, Latviya Azərbaycandan başlıca olaraq metal,maşınqayırma məhsulları, o cümlədən qida məhsulları və tərəvəzidxal edir.

“Biz ticarətin hər iki istiqamətdə inkişaf etməsindən məmnunuq,çünki yalnız qarşılıqlı mübadilə şəraitində möhkəm iqtisadiəlaqələrdən danışmaq olar”, - deyə L. Siçyova qeyd edib.

Qeyd edək ki, Bakı şəhərində Azərbaycan, Latviya, Estoniya vəFinlandiya arasında biznes əlaqələrinin inkişafına həsr olunmuş B2BForum keçirilir. Tədbir LEF Network Azerbaijan layihəsiçərçivəsində, “Caspian Energy Club”un təşkilati dəstəyi ilə baştutub.

Məqalədə:
Seçilən
35
az.trend.az

1Mənbələr