Bakı, 4 mart, AZƏRTAC
Basketbol üzrə Avroliqada XVII turdan təxirə salınmış oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubu Fransada “Paris” komandasının qonağı olub. Görüş İstanbul təmsilçisinin 87:83 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın ilk iki periodunda hesabda geri düşən qonaqlar növbəti hissələrdə təşəbbüsü ələ alaraq, vəziyyəti öz xeyirlərinə dəyişə biliblər.
Sonuncu – 4-cü periodda 29 hücum ribaundu götürən “Fənərbağça” həm klub, həm də Avroliqa tarixinin rekordunu yeniləyib.
Qeyd edək ki, müntəzəm mövsümdə turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Fənərbağça” növbəti mərhələyə vəsiqəni təmin edib.