AZ

Qocalmağı dayandırmağın yeni yolu tapıldı

Qocalmağı dayandırmağın yeni yolu tapıldı

Alman tədqiqatçıları dərinin qocalmasını dayandıra bilən hormonların geniş spektrini kəşf ediblər. 

 

Qlobal.net bildirir ki, qırışların əmələ gəlməsinə və saçların ağarmasına səbəb olan əsas hormonları tədqiq edən Münster Universiteti melatonini yaşlanma əleyhinə müalicə üçün perspektivli bir seçim kimi qiymətləndirdi.

 

Tədqiqatın aparıcı müəllifi Markus Böhm: "İddia etdiyimiz bəzi hormonlar qocalma əleyhinə xüsusiyyətlərə malikdir və gələcəkdə dərinin qocalmasının qarşısını alan müalicə vasitəsi kimi istifadə edilə bilər" deyib.

 

Tədqiqat estrogen, retinoidlər və melatonin kimi hormonlara diqqət yetirdi; Melatonin antioksidant təsiri olan və hüceyrələrdə enerji istehsalını tənzimləməyə kömək edən bir molekul kimi diqqəti cəlb edirdi.

 

Yuxu-oyanma dövrlərini tənzimləyən melatonin orqanizmdə triptofan adlı amin turşusundan sintez olunur və təbii olaraq süddə olur. 

 

Çərəzlər (xüsusilə badam, fıstıq və qoz), bəzi balıqlar (ton balığı və qızılbalıq) və albalı da melatoninlə zəngin qidalardır.

 

Təqdiqat bəzi hormonların xüsusilə genetik pozğunluğu olan fərdlərdə dəri və saç yaşlanması üzərində təəccüblü təsirləri olduğunu ortaya qoydu.

 

Yaşlanma, dərinin daxili və xarici faktorlar səbəbindən zamanla keçdiyi bir prosesdir. Daxili qocalma bioloji proses olsa da; Xarici qocalma günəşə məruz qalma, havanın çirklənməsi, siqaret çəkmə, pis qidalanma, yuxusuzluq və stress kimi amillərdən qaynaqlanır. 

 

Tədqiqatlar göstərir ki, hormonlar dərini günəşin zərərli təsirlərindən qorumağa, yaşlanma əlamətlərini yavaşlatmağa və saç piqmentasiyasını yaxşılaşdırmağa kömək edə bilər.

 

Markus Böhm bildirib ki, bu hormonlar üzərində aparılan araşdırmalar dərinin qocalmasını müalicə etmək üçün yeni üsulların inkişafına imkan yarada bilər.

 

Səbinə

Qlobal.net

 

Seçilən
12
qlobal.net

1Mənbələr