AZ

Avropa İttifaqının Ukraynaya 20 milyard avroluq yeni hərbi yardım paketi baş tutmaya bilər

Avropa İttifaqının (Aİ) liderləri Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın təklif etdiyi Ukraynaya 20 milyard avroluq yeni hərbi yardım paketi üzərində işi dayandırıblar.

Səbəb Macarıstanla fikir ayrılığı olub.

Editor.az bildirir ki, bu barədə “Politico” mənbələrə və Avropa Şurasının sənəd layihəsinə istinadən yazır. Nəşrin məlumatına görə, Aİ səfirlərinə baxılmaq üçün təqdim olunan mətndən Ukraynaya hərbi yardım üçün yeni maliyyələşdirməyə “açıq istinad” yoxa çıxıb. Bu, Budapeştin sənədin əvvəlki variantına veto qoymasından sonra baş verib. Avropa Şurasının sədri Antonio Kosta Macarıstanın baş naziri Viktor Orbanı yardım paketi ilə gəmiyə götürməyə çalışdıqdan sonra “məğlubiyyətini etiraf etmiş kimi görünüb”. “Qeyd edirəm ki, sülhə nail olmaq yolunda və xüsusən də “güc vasitəsilə sülh” yanaşmasında fikir ayrılıqları var”, -deyə Kosta martın 3-də yazıb.

Bəzi Aİ ölkələri, o cümlədən Fransa da hərbi yardım paketinin təsdiqinin gecikdirilməsindən məmnundur. Bununla belə, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynanı dəstəkləmək üçün “daha yaradıcı yollar” təklif edə bilər. Xüsusən də müdafiəyə ayrılan kredit vəsaitinin 20%-ni ona kömək üçün göndərmək. Nəşr xatırladır ki, Aİ artıq 2025-ci il üçün Ukraynaya 60 milyard avro vəsaitin ayrılmasını təsdiqləyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
7
editor.az

1Mənbələr