AZ

İsrail televiziyasında Xocalı soyqırımından bəhs edilib

Bakı. Trend:

İsraildə fəaliyyət göstərən “R-A-G Esegim – GurevichCommunications” şirkətinin icraçı direktoru, məşhur politoloq RomanQureviç İsrailin tanınmış 9-cu kanalının xəbər buraxılışında Xocalısoyqırımı ilə bağlı geniş məlumat verib.

Trend xəbər verir ki, bu barədə Diasporla İşüzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Roman Qureviç çıxışında HƏMAS terror təşkilatınınİsrailin cənubunda dinc sakinlərə hücumu, nəticədə yüzlərlə mülkiinsanın öldürülməsi, yaralanması və əsir götürülməsi ilənəticələnən faciəni Xocalı soyqırımı ilə müqayisə edib. Bildiribki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni hərbibirləşmələri Xocalı şəhərinə hücum edib və misli görünməyənqəddarlıqla yüzlərlə insanı qətlə yetirib. Politoloq əlavə edib ki,hər iki ölkə çətin və ağır sınaqlardan keçib və bunlar həm, yəhudi,həm də Azərbaycan xalqının yaddaşında əbədi həkk olacaq.

Müsahibəni aşağıdakı linkdən izləmək mümkündür:

https://www.youtube.com/watch?v=baEzqxx7nOE

Seçilən
2
1
az.trend.az

2Mənbələr