Dünya Ukraynanı dəstəkləməli və başa düşməlidir ki, işğalçı ölkə Rusiyadır. “The Telegraph” qəzetinin yazdığına görə, bunu martın 3-də ölkə parlamentində çıxışı zamanı Böyük Britaniyanın baş naziri Key Starmer deyib.
O, Ukrayna prezidenti Vladimir Zelenskinin heç bir səhv etmədiyini qeyd edib.
“Rusiya təcavüzkardır. Zelenski ölkəsi işğal edilmiş bir sərkərdədir və biz hamımız onu dəstəkləməliyik, Putinin qarşısında kəkələməməliyik”, – Starmer deyib.
Nəşr qeyd edir ki, bu bəyanat ABŞ prezidenti Donald Tramp və tərəfdarlarının son həftələrdə Putini müharibənin təcavüzkarı adlandırmaqdan imtina etdikdən və münaqişədə Zelenskini günahlandırdıqdan sonra verilib.
//Samir Qurbanov, Editor.az