AZ

Mask Ukraynadan tələb etdi: “İnsanları ölümə göndərməyi dayandırın”

Amerikalı sahibkar və ABŞ-ın Səmərəlilik Departamentinin rəhbəri Elon Mask Ukraynadan “öz xalqını ölümə göndərməyi dayandırmağı” tələb edib. Bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Aşağıdakı yazım təxminən iki il əvvəl dərc olunub. İnsanları ölümə göndərməyi dayandırın. “Bəsdir” deyə Elon Mask yazdı.

Sahibkar 7 iyul 2023-cü il tarixli “hərbçilərin səngərdə ölümünü pislədiyi” mesajını belə şərh etdi.

Bir müddət əvvəl ABŞ prezidentinin oğlu kiçik Donald Tramp Ukraynadakı məcburi səfərbərliyin görüntülərini X sosial şəbəkəsində təkrar yerləşdirərək bunu “mütləq şər” adlandırmışdı.

DOĞRU.AZ

Seçilən
30
dogru.az

1Mənbələr