AZ

Bakıda evdən oğurluq edən şəxs saxlanıldı

13:51 04.03.2025
13:51 04.03.2025

Nizami rayonu ərazisində yerləşən evlərin birində oğurluq hadisəsi qeydə alınıb.

Mynews.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, ev sahibi polisə müraciət edərək yaşadığı mənzildən 150 dollar, 4000 manat dəyərində mobil telefon, oyun konsulu və qızıl-zinət əşyalarının naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli c*nayətlərə görə məhkum olunmuş 21 yaşlı Anar Cəfərov müəyyən olunaraq saxlanılıb.

Onun törətdiyi cinayət təhülkəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktla bağlı araşdırma aparılır.


Seçilən
85
20
mynews.az

10Mənbələr