AZ

Rusiya şirkəti AZAL-ın vurulan təyyarəsinə görə təzminat ödəyib

AzVision.az bildirir ki, “AlfaStarxovanie” şirkətindən Rusiyanın “İnterfaks” nəşrinə verilən məlumata görə, sığorta şirkəti sərnişinlərə dəyən ziyana görə ödənişlər həyata keçirir.

“Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” təyyarəsi, eləcə də daşıyıcının sərnişinlər qarşısında məsuliyyəti “AlfaStraxovanie” şirkəti tərəfindən sığortalanıb”,- şirkətin aviasiya və kosmik sığorta üzrə baş direktorunun müavini İlya Kabaçnik nəşrə açıqlamasında deyib.

Onun sözlərinə görə, riskin əsas hissəsi Rusiya Milli Təkrar Sığorta Şirkəti (RNRC) tərəfindən təkrar sığortalanıb. Fevral ayında təyyarənin tam sığorta məbləği həcmində ödəniş həyata keçirilib.

Lakin o, aviasiya sığortası üzrə ödənişin məbləğini açıqlamayıb. Kabaçnik sığortaçının bədbəxt hadisə ilə bağlı rəsmi araşdırmanın başa çatmasının nəticələrini gözləmədən ödənişləri etdiyininsəbəbinə də aydınlıq gətirib.

- Qəza ilə bağlı araşdırma davam etsə də, ödənişləri həyata keçimək üçün kifayət qədər məlumatımız var. Sığortaçı kimi bizim üçün təyyarənin həlakıvacibdir ki, bu da şübhə doğurmur. Müharibə və terror riskləri də sığortalandığı üçün aviaşirkət istənilən halda təzminat alır”, - İlya Kabaçnik vurğulayıb.

“AlfaStraxovaniye” həmçinin bildirib ki, şirkət bu ilin yanvar ayından zərərçəkmişlər və onların qanuni nümayəndələrinə daşıyıcının məsuliyyət sığortası üzrə sərnişinlərə dəyən zərər və sığorta ödənişləri üzrə hesablamalara başlayıb və bu işi davam etdirir.

“AZAL-ın Bakı-Qroznı reysi zamanı sərnişinlərin daşınması həm Azərbaycanın, həm də Rusiyanın qoşulduğu 1999-cu il beynəlxalq Monreal Konvensiyası ilə tənzimlənir. “AlfaStrakhovanie” ilə AZAL arasında bağlanmış müqavilə Rusiyaya uçuşlar həyata keçirərkən riskləri əhatə etdiyi üçün ödənişlər də OSQOP N67-FZ Rusiya qanunvericiliyinə uyğun olaraq həyata keçirilir”, – İlya Kabaçnik deyib.

Bu qanuna əsasən həyat və sağlamlığa dəyən zərərə görə ödənişlər üzrə məhdudiyyətlər 2 milyon rubl məbləğində müəyyən edilir, ödənişlər təqdim olunmuş sənədlər paketi əsasında tez həyata keçirilə bilər.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
22
1
azvision.az

2Mənbələr