AZ

Bu ilin ilk Ay tutulması baş verəcək - Bu tarixdə

Bakı. Trend:

Bu ilin ilk Ay tutulması martın 14-də baş verəcək və bu tam Aytutulması olacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsininAstrofizika kafedrasından Trend-ə verilən məlumata görə, tutulma yerlivaxtla saat 09:09:33-də başlayıb, saat 12:47:48-də sonaçatacaq.

Bildirilib ki, tutulma hadisəsi 3 saat 38 dəqiqə çəkəcək. Tamtutulma isə saat 10:26:06-da başlayıb, saat 11:31:26-da sonaçatacaq. Tutulmanın maksimumu saat 10:59:56-da baş verəcək.

Tam tutulma zamanı Ay 65 dəqiqə qırmızı-narıncı rəngdəgörünəcək. Tam tutulma hadisəsi zamanı, xüsusilə tutulma üfüqdə başverdikdə Günəş şüaları Ayın səthinə birbaşa deyil, Yeratmosferindən keçərək düşür.

Bu zaman qısa dalğalar (məsələn, mavi işıq) atmosferdə səpidiyiüçün Ay səthinə yalnız daha uzun dalğalar (məsələn, qırmızı işıq)çatır və ondan əks olunur. Ona görə də biz tutulma zamanı Ayıqırmızı-narıncı rəngdə görürük. Belə tutulmanı “Qanlı Ay” tutulmasıda adlandırırlar. Tutulma zamanı Ayın belə müxtəlif rənglərdəgörünməyi Yer atmosferində nə qədər toz, su və digər hissəciklərinolduğundan asılıdır. Temperatur və rütubət də buna öz təsirinigöstərir.

Bu nadir hadisə ən yaxşı Şimali və Cənubi Amerikada görünəcək.Ümumilikdə tam tutulma hadisəsi Sakit okean, Amerika, Qərbi Avropa,Qərbi Afrikada müşahidə olunacaq. Bu tutulma zamanı Ay üfüqdənaşağıda olduğu üçün Azərbaycandan müşahidə olunmayacaq.

Seçilən
15
49
az.trend.az

5Mənbələr