AZ

Qazaxıstanlı nazir: Azərbaycana səfərimizin əsas məqsədlərindən biri Qarabağ Universiteti ilə bağlıdır

Bakı, 4 mart, AZƏRTAC

Azərbaycan və Qazaxıstan Avrasiya regionunun bir parçasıdır və burada 2,5 milyard insan yaşayır. Regionda çox sayda gənclər təhsil təqaüdləri almağa maraq göstərirlər. Bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir.

AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek “Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsi” mövzusunda dəyirmi masada deyib.

Nazir Qazaxıstanda müxtəlif ölkələrdən tələbələrin təhsil aldığını və xarici universitetlərlə əməkdaşlığın tədqiqat sahəsində mühüm nailiyyətlər qazandıracağını bildirib.

Sayasat Nurbek Azərbaycanın İtaliya universitetləri ilə əməkdaşlıq etdiyini xatırladaraq, Qazaxıstanın da bu platformaya qoşulmaq imkanları olduğunu diqqətə çatdırıb. O, Qazaxıstanda xarici universitetlərin filiallarının açılması perspektivindən danışıb. Nazir pandemiya və miqrasiya səbəbindən son illərdə xarici universitetlərdə müəyyən problemlərin yarandığını qeyd edib.

Sayasat Nurbek Qazaxıstan nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədlərindən birinin Qarabağ Universitetini inkişaf etdirmək olduğunu vurğulayıb.

Seçilən
21
azertag.az

1Mənbələr