Pakistanın Baş naziri Şahbaz Şərif Ticarət Nazirliyinə Azərbaycanla ticarət dövriyyəsinin 2 milyard dollara çatdırılması üçün hərtərəfli plan hazırlamağı tapşırıb.
Publika.az Report-a istinadla xəbər verir ki, bu qərar Ş.Şərifin Azərbaycana son səfərinin nəticələrinə həsr olunmuş martın 4-də keçirilən hökumət iclasında qəbul edilib.
"Baş nazir Bakıda imzalanmış anlaşma memorandumları və sazişlərin dərhal həyata keçiriləcəyini bildirib. Azərbaycan Prezidentinin Pakistana 2 milyard dollar sərmayə qoymaq niyyəti ilə bağlı bəyanatı fonunda Baş nazir Şahbaz Şərif müavini və xarici işlər naziri İshaq Darın rəhbərliyi altında komitə yaradıb. Komitə enerji və infrastruktur sahələrində sazişlərin hazırlanması ilə məşğul olacaq", - KİV-lər qeyd edib.
KİV-lərin məlumatına görə, Şərif həmçinin ölkənin ticarət nazirliyinə Azərbaycanla ticarət həcminin 2 milyard dollara çatdırılması üçün kompleks plan təqdim etməyi tapşırıb.