AZ

Ursula Fon der Lyayen Avropa İttifaqının yenidən silahlanma planını təqdim edib

Bakı, 4 mart, AZƏRTAC

Avropa İttifaqının təhlükəsizliyini və dayanıqlılığını artırmaq üçün nəzərdə tutulan yenidən silahlandırılma planı təxminən 800 milyard avroluq xərc tələb edə bilər.

AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bunu Avropa İttifaqına üzv 27 ölkənin liderinə yenidən silahlandırılma planını göndərdiyi məktubda yazıb.

Avropa Komissiyasının Prezidenti silah istehsalı üçün 650 milyard avronu toplamaq məqsədilə Aİ ölkələrinə cari müdafiə xərclərini 1,5 faiz artırmağı təklif edib. Bundan əlavə, Ursula fon der Lyayen hava hücumundan müdafiə sistemlərinin və Ukraynaya tədarük olunacaq silah-sursatın istehsalı üçün 150 milyard avro kredit cəlb etmək niyyətindədir.

 

Seçilən
24
azertag.az

1Mənbələr