SpaceX, Starship adlı yeni raketinin buraxılışını yenidən planlaşdırmalı oldu. Bu barədə “Space.com” portalı məlumat yayıb.
"Biz bugünkü sınaq uçuş cəhdindən imtina edirik. Starship komandası növbəti ən yaxşı uçuş imkanını müəyyənləşdirir", - Maskın şirkəti bildirib.
Bazar ertəsi, martın 3-də “Starbase”dən (Cənubi Texas) Starship-i buraxmağı planlaşdırdılar. Lakin hazırlıqlar zamanı Maskın şirkəti kosmik sistemin hər iki elementində - super ağır sürətləndirici və yuxarı mərhələdə yaranan problemlərlə üzləşib.
SpaceX nümayəndələri bildiriblər ki, növbəti cəhd çərşənbə axşamı, martın 4-də baş tuta bilər, lakin hazırlıqlar daha çox vaxt tələb edə bilər.
Xatırladaq ki, Maskın şirkəti Starship-in əvvəlki buraxılışını bu ilin yanvarında həyata keçirmişdi.O buraxılışın qismən uğurlu olduğu bildirilmişdi. Başlanğıcdan dərhal sonra yanğın baş vermişdi, bu da gəminin sürətlə məhv olmasına səbəb oldu.
Bununla belə, SpaceX daşıyıcı -raketin aşağı hissəsini Yerə qaytara bildi ki, bu da proqram üçün böyük uğur sayıla bilər.
Almaz Həsənli