AZ

Cənubi Koreya və ABŞ tariflərlə bağlı danışıqlar üçün məşvərət orqanları yaradacaq

Cənubi Koreya və ABŞ Vaşinqtonun tarif siyasətini müzakirə etmək, gəmiqayırma və enerji sahələrində ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün məşvərət orqanlarının yaradılması barədə razılığa gəliblər.

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın sənaye naziri An Duk Qın Vaşinqtona səfərinin yekunlarına həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, Cənubi Koreya ABŞ-nin yeni administrasiyası ilə məşvərət orqanları yaradan ilk ölkədir. Ümumilikdə gəmiqayırma, enerji əməkdaşlığı, tariflər və qeyri-tarif maneələri ilə bağlı məsələləri əhatə edən dörd danışıqlar kanalı yaradılacaq.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
31
1
missiya.az

2Mənbələr