AZ

AFFA milli komandaya daha bir rəqib tapdı

Azərbaycan milli komandasının yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.

Publika.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda Haiti yığması ilə qarşılaşacaq. Bu barədə AFFA məlumat yayıb.

Görüş martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq. Matçın başlama saatı barədə daha sonra məlumat veriləcək.

Qeyd edək ki, millimiz martın 25-də Belarus, iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Seçilən
106
4
publika.az

10Mənbələr