Bakı, 4 mart, AZƏRTAC
Ötən il fiziki şəxslər tərəfindən Qırğızıstana pul köçürmələrinin ümumi axını daha əvvəlki illə müqayisədə 10,5 faiz artaraq 3 milyard dollara çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Bankı məlumat yayıb.
2024-cü ildə Qırğızıstandan pul köçürmələrinin ümumi həcmi isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz azalaraq 445,8 milyon dollar təşkil edib.
Vəsaitin ölkəyə daxil olması və xaricə köçürülməsi ilə bağlı əməliyyatların müvafiq olaraq 93 faizi (2 milyard 783 milyon dollar) və 83 faizi (371 milyon dollar) Rusiya ilə bağlıdır.