Peruda taksidən enən xanım müştəri lyuka düşüb. Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Limada baş verən hadisənin görüntüləri mağazanın təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Kadrlarda mototaksidən qadın müştərinin endiyi və ikinci addımında drenaj quyusuna düşdüyü görülür.
Videoda hadisədən sonra bir neçə qadının köməyə gəldiyi, lakin quyunun dərin olduğundan əllərindən heç nə gəlmədiyi də əks olunub.
Bir müddət sonra isə yaxınlıqdakı mağazaların birində çalışan qadınlardan biri pilləkən gətirərək qadını düşdüyü yerdən çıxarıblar.
Üst-başı su olan və bədən nahiyəsinin müxtəlif hissələrindən sıyrıqlar alan qadın ətrafdakıların köməyi ilə yaxınlıqdakı tibb məntəqəsinə aparılıb.
Sözügedən hadisənin görüntülərini təqdim edidirk:
Namiq Musayev