AZ

Türkiyə müdafiə və aviasiya sənayesi sektorunun ixracatı artır

Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2025-ci ilin fevral ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.

“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin fevralında 434 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə (2024-ci il fevral – 300 milyon ABŞ dolları) 2025-ci ilin fevral ayında ixrac olunan məhsulların dəyəri artıb.

Cari ilin ilk iki ayı ərzində Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru tərəfindən 816 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Seçilən
8
1
poliqon.az

2Mənbələr