AZ

Almaniya 1306 Azərbaycan vətəndaşına sığınacaq vermədi

Ötən il Almaniyada 2047 Azərbaycan Respublikası vətəndaşının sığınacaq müraciətinə baxılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Globalinfo.az-ın Avropa bürosuna Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) sözcüsü Kristof Sander məlumat verib.

Onun sözlərinə görə, təkcə 2024-cü ildə Azərbaycan vətəndaşları tərəfindən federal idarəyə daxil olan müraciətlərin sayı 1849 olub.

“Onlardan 1529 nəfəri federal idarəyə ilk dəfə, 320 nəfəri isə, ikinci dəfə müraciət edib. Federal idarə ötən il əvvəlki illərdən qalan müraciətlərlə birlikdə 2047 Azərbaycan vətəndaşının müraciəti ilə bağlı qərar qəbul edib” – deyə, BAMF sözcüsü Kristof Sander əlavə edib.

1306 Azərbaycan vətəndaşının sığınacaq müraciəti rədd edilib, 659 nəfərin işi isə, “Dublin” və s. səbəblərə görə, baxılması üçün müvafiq ölkələrin miqrasiya idarələrinə göndərilib.

Məlumat üçün qeyd edək ki, 2023-cü ildə Almaniyadan sığınacaq istəyən Azərbaycan vətəndaşlarının sayı 1438 olub. Həmin il Almaniya 677 Azərbaycan vətəndaşına sığınacaq verməkdən imtina edib.

Seçilən
5
konkret.az

1Mənbələr