AZ

ABŞ Ukraynaya bütün hərbi yardımı dayandırdı

ABŞ Ukraynaya bütün hərbi yardımı dayandırdıABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında qlobal trendə çevrilən tarixi davası Ukraynaya baha başa gəlib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Trampın göstərişi ilə Ukraynaya bütün hərbi yardımı dayandırmaq qərarına gəlib.

Ağ Evin bəyanatında deyilir ki, bu qərar Ukraynaya yardımın tam dayandırılması demək deyil və prosesə nəzarət ediləcək.

Ağ Ev rəsmisi bildirib ki, ABŞ Ukraynaya silah satışını dayandırması və onun ehtiyat tədarükünü dayandırmaq planı Kiyev rejiminin Rusiya ordusuna qarşı "müharibə aparmaq qabiliyyətini təhdid etdiyini" ifadə etdi.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski fevralın 28-də Ağ Evdə görüşərkən kameralar qarşısında mübahisə edib və Zelenski Ağ Evi tərk edib. ABŞ və Ukrayna arasında imzalanması gözlənilən qiymətli metallar müqaviləsi də imzalanmayıb.

Seçilən
160
50
sonxeber.az

10Mənbələr