AZ

İmsakda çay içmək zərərlidir

Bilirik ki, oruc tutan şəxslər gün ərzində ac, susuz qalır. Ona görə imsak vaxtı çoxlu çay içirlər ki, susuzluqları yatsın. Lakin bu çox zərərlidir.

Mütəxəssislər insanların Ramazan ayını sağlam keçirmələri üçün qəbul etdikləri qidalara diqqət etmələrini məsləhət görürlər. Ümumiyyətlə Sahur vaxtı ağır yeməklərdən imtina olunmalıdır. Yoxsa bədən öz müqavimətini itirir, bağırsaqların fəallığı azalır, mədə problemləri ortaya çıxır. İmsaqda əsasən göyərti və sulu yeməklər qəbul edilməlidir. Çay tərkibindəki toksinlər səbəbindən gün ərzində insanların daha tez-tez sidiyə getməsinə səbəb olur.

Araşdırmalara görə, isti içkilər bədəni olduğundan daha isti hiss edir. Çay içdiyimiz zaman bədənimiz normadan çox tərləyir. Ancaq bu tərləmə idmandan sonra yaranan tərlə eyni deyil. Bədəniniz nəzarətli tərlədikcə soyumağa başlayır və üzərinizdəki istilik yox olur. Ona görə də çay içmək bədəndəki mayenin itirilməsinə səbəb olur.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
46
missiya.az

1Mənbələr