Futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 18-ci turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, üç günü əhatə edəcək tura martın 12-də start veriləcək.
Birinci Liqa
18-ci tur
12 mart
“Baku Sportinq” – “İmişli”
Binə qəsəbə stadionu, 15:00.
13 mart
“Cəbrayıl” – “Difai”
“Bayıl Arena”, 13:00.
“Qaradağ Lökbatan” – “Karvan”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
“Zaqatala” – “Qəbələ”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
14 mart
“Mingəçevir” – MOİK
Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:00.