Filippin Hərbi Hava Qüvvələrinə məxsus “FA-50” döyüş təyyarəsi təlim zamanı itib.
Publika.az xəbər verir ki, bu barədə“Philstar” qəzeti yazıb.
Məlumata görə, təlimlər çərçivəsində Sebu şəhərindən “FA-50” qırıcıları havaya qalxıb.
Təyyarələr hədəf əraziyə çatmazdan bir neçə dəqiqə əvvəl onlardan biri ilə əlaqə kəsilib. Digər təyyarələrin itmiş təyyarə ilə əlaqə saxlamaq cəhdləri uğursuz alınıb.