
Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-nun) icraçı direktoru təyin edilib.
Reyting.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Ş. Babayev 2011-ci ildə Sumqayıt Texnologiyalar Parkında çalışıb, 2012-2021-ci illərdə Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyib.
O, 2023-cü ildə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri, 2024-cü ildə isə nazirin müavini təyin edilib.