AZ

Bella Hadid Ramazan ayı münasibətilə təbrik mesajı paylaşıb

BAKI, TurkicWorld

Dünyaca məşhur Fələstin əsilli Amerikalı model Bella Hadid bu dəfə Ramazan ayı üçün xüsusi mesaj paylaşıb və pərəstişkarlarından böyük rəğbət alıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Bella Hadid, Hollandiyalı Yolanda Hadid və Fələstinli Məhəmməd Hadidin qızı olaraq, həm karyerasında uğur qazanır, həm də Fələstinin azadlıq mübarizəsinə dəstəyini daim nümayiş etdirir.

İllərdir ki, sektorda olan məşhur model karyerası boyunca bacısı Gigi Hadid ilə yanaşı milliyətini gizlətməkdən çəkinmir.

"Karyeram bitsə belə, Fələstini dəstəkləməyi heç vaxt dayandırmayacağam." - deyə model hər zaman Fələstini dəstəklədiyini bildirərək deyib.

Bu dəfə isə Bella Hadid öz İnstagram səhifəsində Ramazan ayını qeyd edərək,

"Bütün müsəlman dostlarımın, camaatımın və sevdiklərimin Ramazan bayramı mübarək. Bu müqəddəs ayda sizə cansağlığı, firavanlıq, xoşbəxtlik, güc və sevinc arzulayıram." - deyə müsəlman dostlarına və izləyicilərinə belə mesaj verib.

Seçilən
50
turkic.world

1Mənbələr