BAKI, TurkicWorld
İranlı siyasətçi Əli Əkbər Vilayəti Türkiyənin bəzi açıqlamalarına sərt reaksiya verərək, Türkiyə rəsmilərinin diplomatik etiket qaydalarına əməl etməli olduğunu bildirib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Vilayəti Türkiyəyə xəbərdarlıq edərək İranın şişirdilmiş ittihamlar qarşısında susmayacağını vurğulayıb.
"Türkiyəyə xəbərdarlıq edilməlidir ki, İran əsassız şişirtmələr qarşısında susmayacaq." - deyə o vurğulayıb.
Vilayətinin bu açıqlamaları son dövrlərdə Tehran və Ankara arasında bəzi regional məsələlərdə gərginliyin artdığını göstərir.