AZ

Ötən il Azərbaycan xaricdən 5,3 milyon dollarlıq badımcan alıb

2024-cü il əzrində Azərbaycan xarici ölkələrdən 5 milyon 353 min ABŞ dolları dəyərində 10 min 688 ton badımcan idxal edib.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2023-cü il ilə müqayisədə dəyər ifadəsində 1 milyon 556 min dollar və ya 41%, miqdar baxımından isə 3 min 698 ton və ya 40,8% çoxdur.

2023-cü il ərzində 3 milyon 797 min dollar dəyərində 7 min 595 ton badımcan idxal  edilib.

1 kq badımcanın idxalı hesabat dövründə 85 qəpiyə bərabər olub ki, bu göstərici 2023-cü illə müqayisədə eynidir.

Seçilən
16
fed.az

1Mənbələr