AZ

Uruqvaylı futbolçu uzunmüddətli müqaviləyə imza atdı - RƏSMİ

"Napoli" uruqvaylı futbolçusu Matias Olivera ilə müqavilə yeniləyib.

Fanat.Az xəbər verir ki, məlumatı Neapol klubunun mətbuat xidməti yayıb.

27 yaşlı müdafiəçi müddəti 2030-cu ilə qədər nəzərdə tutulan anlaşmaya imza atıb.

Qeyd edək ki, Olivera 2022-ci ildən "Napoli"də çıxış edir. Cənubi amerikalı oyunçu indiyədək A Seriyası təmsilçisinin forması ilə 90 matça çıxaraq 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
19
fanat.az

1Mənbələr