AZ

Çin ABŞ-dan gələn kənd təsərrüfatı məhsullarına 10-15% əlavə rüsumlar tətbiq edib

Çin ABŞ-dan gələn kənd təsərrüfatı məhsullarına 10-15% əlavə rüsumlar tətbiq edib. “South China Morning Post” (SCMP) xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.

ABŞ-dan idxal edilən toyuq, buğda, qarğıdalı və pambığa əlavə 15% rüsum tətbiq edilir. Soya, donuz əti, mal əti, su məhsulları, meyvə, tərəvəz və süd məhsulları üçün 10% əlavə rüsum tətbiq olunacaq.

Çin həmçinin “ölkənin təhlükəsizliyini və maraqlarını qorumaq üçün” 15 ABŞ şirkətini ixrac nəzarəti siyahısına əlavə edib. Nazirlikdən verilən məlumata görə, bunlar Leidos, Gibbs&Cox, IP Video Market Info, Sourcemap, Skydio, Rapid Flight, Red Six Solutions, Shield AI, HavocAI, Neros Technologies, Group W, Aerkomm, General Atomics Aeronautical Systems, General Dynamics Land Systems və Aero Vironmentdir.

Bundan başqa, Pekin etibarsız təşkilatlar siyahısına on ABŞ şirkətini də əlavə edib.

Martın 4-nə keçən gecə ABŞ prezidenti Donald Tramp Çindən gələn mallara rüsumları iki dəfə artıraraq 10%-dən 20%-ə qaldırıb.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
81
oxumeni.az

1Mənbələr