Bakı. Trend:
23 fevral tarixində keçirilən Respublika Fənn Olimpiadalarınınrespublika mərhələsinin yarımfinal turunun nəticələriaçıqlanıb.
Trend xəbərverir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumatyayıb.
Bildirilib ki, şagirdlər nəticələrini www.portal.edu.azsaytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumtəhsilmüəssisələrindən öyrənə bilərlər.
Qeyd edilib ki, respublika mərhələsinin yarımfinal turununnəticələri ilə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir.Müraciətlər [email protected] elektron ünvanına yazılı şəkildəgöndərilməlidir.
"Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqlarınaşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması,onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayişetdirmələrinə imkan yaradılmasından ibarətdir.
Bütün olimpiada iştirakçılarına uğurlar arzulayırıq!",- deyəməlumatda qeyd edilib.