AZ

Superkompüter Çempionlar Liqasının favoritlərini açıqladı

"Opta" superkompüteri 1/8 final mərhələsinin ilk oyunları öncəsi Çempionlar Liqasının 2024/25 mövsümünün favoritlərinin reytinqini yeniləyib.

Publika.az xəbər verir ki, "Liverpul" əsas favorit olaraq qalır. "Qırmızılar"ın titul qazanmaq şansı 17,2%-dən 19,2%-ə yüksəlib.

İkinci yerdə “Barselona” (14,8%), üçüncü sırada isə “İnter” (14%) qərarlaşıb.

Turnirin qalibi olmaq üçün yenilənmiş reytinqin "ilk 6-lığ"ına həmçinin "Arsenal" (11,6%), "Real" (9,8%) və PSJ (9,5%) daxildir. Onları "Bayer Levekuzen" (5,4%), "Bayern" (5,3%), "Atletiko" (4,2%) və "Benfika" (1,3%) izləyir.

Seçilən
42
2
publika.az

2Mənbələr