Beynəlxalq Ana Dili Günü münasibətilə türkcə kitablar payladığına görə həbs edilən güneyli milli fəal Müctəba Əbdüli dünən 500 milyon tümən (4 min 548 $) girov müqabilində müvəqqəti olaraq azad edilib.
Məlumata görə, Ocan (Bostanabad) şəhərində saxlanılan fəal təhlükəsizlik təcridxanasına köçürülərək dindirilib.
Qeyd olunub ki, milli fəala qarşı irəli sürülən ittiham isə hələ də bəlli deyil.
visiontv.az