AZ

Ukrayna ordusu üçün yeni PUA: NORD “quşları”

Ukrayna Silahlı Qüvvələrinin bölmələri bundan sonra Ukrayna istehsalı olan sürətli və manevr qabiliyyətinə malik NORD pilotsuz uçuş sistemlərindən istifadə edəcək.

Herbiand.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, bu pilotsuz təyyarələr kodlaşdırılıb və Ukrayna Müdafiə Qüvvələrində istifadəyə icazə verilib.

Müdafiə Nazirliyinin Silah və Hərbi Texnikanın Həyat Dövrünün Dəstəklənməsi Baş İdarəsi qeyd edir ki, NORD pilotsuz təyyarələri düşmənin elektron mübarizəsi şəraitində operatorla “quş” arasında etibarlı əlaqəni təmin edən təkmilləşdirilmiş idarəetmə sisteminə malikdir.

“Təyyarənin bir neçə ölçüdə karbon çərçivələri var. Bir neçə kiloqram döyüş yükü olan NORD “quşları” saatda 150 kilometr sürət yığmağa qadirdir”, - məlumatda deyilir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
13
herbiand.az

1Mənbələr