Son illərdə Xəzər dənizində limanlarda və kanallarda suyun dərinliyi azalıb, bu da bərələrin tam gücü ilə işləməsinə imkan vermir.
Heftelik.az-ın məlumatına görə, bunu Bakıda keçirilən “Xəzər dənizi vasitəsilə Orta Dəhliz” adlı (“Middle Corridor via the Caspian Sea”) forum zamanı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədr müavini Tariyel Mirzəyev bildirib.
Tariyel Mirzəyev qeyd edib ki, Türkmənbaşı limanında suyun dərinliyinin azalması nəticəsində Bakı Limanı ilə bu liman arasında da “Ro-Pax” tipli bərələr üzrə daşıma qabiliyyəti azalıb (dəmir çənlerinin daşınması üzrə 37% azalma, vaqon daşımaları üzrə 19% azalma).
Tariyel Mirzəyev onu da vurğulayıb ki, 2014-cü ildən indiyədək ASCO üzrə 32 gəmi istismara verilib, hazırda isə 11 gəminin istifadə verilməsi nəzərdə tutulub.